İnsanlara hürriyət, millətlərə istiqlal!

58 yaşlı prezident ağ köynəkdə 100 kq-lıq ştanqı BELƏ QALDIRDI - VİDEO

Moqolustanın prezidenti Uxnaaqiyn Xurelsux hərbi hissələrdən birinə ziyarəti zamanı diqqətçəkən anlarla yadda qalıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı hərbi hissənin idman zalında hərbçilər və heyət üzvləri ilə görüşərkən gözlənilməz addım atıb.

O, əynindəki pençəyini çıxararaq ağ köynək və qalstukda ştanqın altına uzanıb. Prezident ətrafdakıların təəccüblü və maraqlı baxışları altında 100 kiloqramlıq ştanqı dəqiq 20 dəfə qaldıraraq fiziki formasını nümayiş etdirib.

İdman hərəkətini uğurla başa vuran ölkə rəhbəri hərbçilərin alqışları ilə qarşılanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR