Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın Küsü adasında, Kaqosima şəhərinin yaxınlığında yerləşən Sakuradzima vulkanı yenidən püskürüb.
Musavat.com xəbər verir ki, kül və vulkan materialları təxminən 2,4 kilometr yüksəkliyə qalxıb.
Sakuradzima Yaponiyanın ən aktiv vulkanlarından biri hesab olunur. Tokio Vulkanik Kül Məsləhət Mərkəzi (VAAC) püskürməni “mülayim” kimi qiymətləndirib.
Vulkanın Kaqosima şəhərindən cəmi 9 kilometr məsafədə yerləşməsi diqqət çəkir. Sakuradzimanın ətəyinə daha yaxın ərazilərdə isə yaşayış məntəqələri var. Kurokami, Arimura və Vakimoto kəndləri vulkandan cəmi bir neçə kilometr məsafədə yerləşir.
Bölgədə yaşayan insanlar dünyanın ən aktiv vulkanlarından birinin bilavasitə yaxınlığında gündəlik həyatlarını davam etdirirlər.
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ