İnsanlara hürriyət, millətlərə istiqlal!

Səidə Mirziyoyeva yeni maliyyə mərkəzinin rəhbəri təyin edilib

Özbəkistan prezidentinin qızı Səidə Mirziyoyeva Daşkənd Beynəlxalq Maliyyə Mərkəzinin (DBMM) rəhbəri təyin edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, həmçinin Prezident Administrasiyasına rəhbərlik etməyə davam edəcək.

Yeni vəzifəsində Səidə Mirziyoyeva mərkəzin idarə heyətinin baş katibi vəzifəsini icra edəcək. O, iclasların gündəliyini hazırlayacaq və sədrin olmadığı müddətdə onlara sədrlik edəcək.

Əsas vəzifə mərkəzin fəaliyyətə başlamasıdır. S.Mirziyoyeva DBMM ilə dövlət qurumları arasında əlaqə quracaq. O, həmçinin mərkəzi investorlar, beynəlxalq təşkilatlar və tərəfdaşlar qarşısında təmsil edəcək.

Səidə Mirziyoyeva menecerlərin təyinatında iştirak edə, müqavilələr bağlaya və mütəxəssisləri cəlb edə biləcək.

Mərkəz prezident Şavkat Mirziyoyevin 30 mart 2026-cı il tarixli fərmanı ilə yaradılıb. Onun fəaliyyətini tənzimləyən qanun iyul ayında qəbul edilib. DBMM İngiltərə qanunları çərçivəsində fəaliyyət göstərəcək. Onun öz tənzimləyicisi və müstəqil məhkəməsi olacaq. Mərkəzin 2027-ci ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır.

Mərkəzin ölkəyə 20-25 milyard dollar və yeni texnologiyalar cəlb etməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR