Onlayn ictimai-siyasi qəzet
Çində yeni gənə mənşəli virus aşkarlanıb. Asiya uzunbuynuzlu gənəsi ilə əlaqəli yeni virus” (ALTNV) adlandırılan virus insanlarda da müəyyən edilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, virus Çinin 15 əyalətindən toplanan gənələrdə aşkarlanıb. Alimlər gənə təması olan və qızdırma ilə xəstəxanaya müraciət edən insanlarda da virusa rast gəliblər. Xəstələrdə əsasən qızdırma, halsızlıq, mədə-bağırsaq problemləri, trombositlərin azalması və qaraciyər göstəricilərinin yüksəlməsi müşahidə olunub.
Hazırda virusun insandan-insana yayıldığına dair sübut yoxdur.
Daha ciddi məqam isə ALTNV-nin başqa bir gənə virusu – Dabie bandavirusu (DBV) ilə eyni ərazilərdə dövr etməsidir. Hər iki virusun eyni gənə növü ilə yayıla bildiyi müəyyənləşdirilib. ALTNV və DBV-yə eyni vaxtda yoluxan 38 xəstədən 7-si ölüb. Alimlər hesab edirlər ki, iki virusun birgə infeksiyası xəstəliyin daha ağır keçməsinə səbəb ola bilər.
Afaq,
Musavat.com
11 Sentyabr 2026
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ