Onlayn ictimai-siyasi qəzet
Brent markalı neftin qiyməti Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi fonunda sürətlə bahalaşmaqda davam edir.
Musavat.com xəbər verir ki, bu gün London birjasında Brent neftinin qiyməti bir barel üçün 105 dolları ötüb.
"Reuters"in məlumatına görə, qiymət gün ərzində 106,60 dollara qədər yüksəlib.
Brentin qiyməti bundan əvvəl, ötən gün, iki aydan sonra ilk dəfə 100 dollar həddini keçib.
Hazırkı bahalaşmanın əsas səbəbləri arasında Yaxın Şərqdə hərbi qarşıdurmanın kəskinləşməsi, neft tankerlərinə hücumların artması və enerji təchizatının təhlükə altında qalması ilə bağlı narahatlıqlar göstərilir.
Analitiklər bildirirlər ki, bölgədəki qarşıdurmanın uzanması və neft daşımaları üçün strateji əhəmiyyət daşıyan marşrutlarda vəziyyətin pisləşməsi qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.
Musavat.com
11 Sentyabr 2026
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ