İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahdan göy üzündə pul yağışı: Bu bürclər qazanc əldə edəcək

Həyatı yenidən nizamlamaq, zehni sadələşdirmək və hərəkətə keçmək... Bəzən həyatımızda yeni səhifə açmaq üçün böyük qərar verməyə ehtiyac olmur. Bəzən sadəcə bəzi şeylərin artıq əvvəlki kimi işləmədiyini fərq etmək kifayətdir.

Sentyabrın 11-də Qız bürcündə baş verəcək Yeni Ay da məhz belə bir keçid mərhələsində göy üzünün təqdim etdiyi fürsətdən xəbər verir: Həyatı yenidən qaydaya salmaq.

Qız bürcünün təbiəti detalları görmək, qarışıq olanı nizamlamaq, faydasız olanı kənarlaşdırmaq və daha işlək sistem qurmaqdır. Buna görə də bu Yeni Ay “Həyatımda nəyi dəyişməliyəm?” sualından çox, “Həyatımı necə daha yaxşı işləyən bir vəziyyətə gətirə bilərəm?” sualını ön plana çıxarır.

Üstəlik, Marsın dəstəyi fərq etdiklərimizi yalnız düşünməklə kifayətlənməyib, hərəkətə keçməyimizi asanlaşdıra bilər. Yenidən başlamaq, işləmək, öyrənmək və uzun müddətdir təxirə saldığımız addımı atmaq üçün lazım olan motivasiyanı tapa bilərik.

Lakin göy üzünün mesajı yalnız hərəkətə keçməkdən ibarət deyil.

Merkuri ilə Neptun arasındakı qarşıdurma xüsusilə ünsiyyət sahəsində müəyyən qeyri-müəyyənlik yarada bilər. Deyilənlə başa düşülən eyni olmaya bilər. Bir cümlə olduğundan fərqli qəbul edilə, natamam məlumat isə zehnimizdə tamam başqa hekayəyə çevrilə bilər.

Bu səbəbdən dövrün əsas açarlarından biri **aydınlıqdır**. Eşitdiyimiz hər şeyi dərhal həqiqət kimi qəbul etmədən əvvəl sual vermək, anlamadığımız məqamları dəqiqləşdirmək və xüsusilə münasibətlərdə fərziyyələrdən uzaq durmaq vacibdir.

Pluton və Uranın dəstəyi isə dəyişikliklərin yalnız zahiri xarakter daşımaya biləcəyini göstərir. Sosial çevrədən ünsiyyət tərzinə, gələcək planlarından həyata baxışımıza qədər bəzi sahələrdə köhnə sistemi geridə qoyaraq daha azad bir quruluş yaratmaq cəsarəti tapa bilərik.

Göy üzünün bu dəfə verdiyi üç əsas mesaj belədir:

Mars: Hərəkətə keç.
Merkuri–Neptun: Əvvəlcə aydınlaşdır.
Uran–Pluton: Dəyişməkdən qorxma.

 Bürclərə görə Yeni Ay:

Qoç və yüksələn Qoç

Gündəlik həyatınızda, iş rejiminizdə və yaşam vərdişlərinizdə yeni səhifə açılır. Uzun müddətdir təxirə saldığınız işləri qaydaya salmaq, daha səmərəli sistem yaratmaq və sizə fayda verəcək yeni rutinlər formalaşdırmaq mümkündür.

Ev və ailə ilə bağlı məsələlər də sizi hərəkətə keçirə bilər. Lakin xüsusilə münasibətlərdə zehninizin düşündüklərindən daha çox qarşı tərəfin həqiqətən nə dediyinə diqqət yetirin. Yanlış anlaşılmalar mümkündür.

Sosial çevrəniz və gələcəklə bağlı hədəfləriniz isə sizə yeni istiqamət göstərə bilər. Yeni insanlar, ideyalar və fərqli ünsiyyət formaları düşündüyünüzdən daha böyük dəyişikliklərin başlanğıcı ola bilər.

 Buğa və yüksələn Buğa

Sevgi, yaradıcılıq və özünüzü ifadə etmək tərziniz yeni nəfəs qazanır. Uzun müddətdir daxilinizdə saxladığınız fikir, layihə və ya yaradıcı məşğuliyyət yenidən həyatınıza qayıda bilər.

Öyrənmək, yazmaq, danışmaq və özünüzü daha çox ifadə etmək üçün də hərəkətli dövr başlayır. Lakin gündəlik həyat və iş mühitində ünsiyyət problemlərinə diqqət yetirmək lazımdır. Eşitdiyiniz hər şeyə şəxsi məna yükləməyin.

Karyera və maliyyə məsələlərində isə alışılmış sistemdən kənara çıxmaq ehtiyacı arta bilər. Heç gözləmədiyiniz dəyişiklik uzunmüddətli perspektivdə qarşınızda yeni qazanc imkanları aça bilər.

Əkizlər və yüksələn Əkizlər

Ev, ailə və yaşayış məkanınızla bağlı yeni düzən yaratmaq vaxtıdır. Köçmək, evdə dəyişiklik etmək, ailədaxili münasibətləri yenidən qurmaq və ya özünüz üçün daha rahat mühit yaratmaq istəyə bilərsiniz.

Maliyyə məsələlərində də hərəkətlilik artır. Yeni gəlir mənbəyi yaratmaq və ya mövcud imkanlarınızı gücləndirmək üçün hərəkətə keçə bilərsiniz.

Sevgi və sosial çevrədə isə qavrayış bir qədər qarışıq ola bilər. Bir davranışa həddindən artıq məna yükləmək əvəzinə hadisələri olduğu kimi qiymətləndirin.

Həyata baxışınızı dəyişdirəcək təhsil, səyahət və ya yeni təcrübə isə sizi gözlənilməz düşüncə dönüşünə gətirə bilər.

Xərçəng və yüksələn Xərçəng

Öyrənmək, danışmaq, yazmaq və yaxın çevrənizlə daha çox əlaqə qurmaq üçün məhsuldar dövrdür. Yeni təhsil və ya zehninizi inkişaf etdirəcək mövzu həyatınıza daxil ola bilər.

Özünüzlə bağlı hansısa məsələdə artıq gözləmək istəməyə bilərsiniz. Cəsarətiniz artır və düşündüyünüz şeyi reallaşdırmaq üçün ilk addımı ata bilərsiniz.

Ailə və karyera arasında isə müəyyən qeyri-müəyyənlik yarana bilər. Bir tərəfdən eşitdiyiniz məlumatı digər tərəfdə fərqli şəkildə şərh etməməyə çalışın.

Daha dərin planda isə keçmişdən daşıdığınız bəzi yük və məsuliyyətlərdən azad olmaq, emosional baxımdan yüngülləşmək üçün fürsət yaranır.

 Şir və yüksələn Şir

Pul, qazanc və maliyyə təhlükəsizliyi ilə bağlı yeni sistem formalaşır. Gəlir-xərc balansınızı dəyişmək, resurslardan daha ağıllı istifadə etmək və öz dəyərinizi yalnız maddi göstəricilərlə ölçməmək önəm qazanır.

Bu dövrdə bir qədər geri çəkilərək hazırlıq görmək də faydalı ola bilər. Hər problemi dərhal hamının gözü qarşısında həll etmək məcburiyyətində deyilsiniz.

Təhsil, səyahət, uzaq yerlər və ünsiyyətlə bağlı məsələlərdə isə informasiya qarışıqlığına diqqət yetirin. Xəbərin ardınca getməzdən əvvəl mənbəni yoxlamaq vacibdir.

Münasibətlər və sosial çevrədə baş verəcək dəyişikliklər isə gələcəklə bağlı planlarınızı yenidən formalaşdıra bilər.

 Qız və yüksələn Qız

Bu Yeni Ayın mərkəzində məhz siz varsınız.

Özünüz, məqsədləriniz və bundan sonra necə həyat yaşamaq istədiyinizlə bağlı yeni mərhələ başlayır. Bir müddətdir daxilinizdə böyüyən “Artıq başqa cür yaşamaq istəyirəm” düşüncəsi daha aydın şəkildə üzə çıxa bilər.

Sosial çevrəniz və gələcəklə bağlı planlarınız da bu dəyişikliyi dəstəkləyir. Yeni layihə, komanda və ya çevrə sizə tamamilə fərqli gələcək imkanını göstərə bilər.

Maliyyə məsələlərində isə aydınlıq vacibdir. Xüsusilə ortaq vəsaitlər və maliyyə paylaşımında qeyri-müəyyənliyə yol verməyin.

İş həyatınız və karyeranızdakı dəyişikliklər isə daha uzunmüddətli xarakter daşıya bilər. Köhnə iş üsulunu dəyişdirmək sizi daha azad və məhsuldar vəziyyətə gətirə bilər.

Tərəzi və yüksələn Tərəzi

Bu Yeni Ay sizin üçün daha çox daxili aləmdə təsir göstərə bilər. Bir mərhələni başa vurmaq, keçmişdən qalan məsələləri tamamlamak və yeni başlanğıcdan əvvəl özünüzə vaxt ayırmaq istəyə bilərsiniz.

Bununla yanaşı, karyera həyatınız kifayət qədər hərəkətlidir. Uzun müddətdir gözlədiyiniz məsələdə görünmək və ya peşəkar baxımdan yeni addım atmaq mümkün ola bilər.

Münasibətlərdə isə xüsusilə ünsiyyətə diqqət yetirin. Qarşı tərəfin demədiklərini təxmin etməyə çalışmaq əvəzinə birbaşa soruşmaq bu dövrdə ən doğru strategiya ola bilər.

Sevgi, yaradıcılıq və həyata baxışınızda baş verəcək yeni təcrübələr isə sizi alışdığınız rahatlıq zonasından çıxararaq fərqli perspektivə yönəldə bilər.

Əqrəb və yüksələn Əqrəb

Sosial çevrəniz, dostluqlarınız və gələcəklə bağlı hədəfləriniz yeni hərəkətlilik qazanır. Yeni insanlarla tanış ola, yeni komandaya qoşula və ya uzunmüddətli layihənin ilk addımını ata bilərsiniz.

Təhsil, səyahət və şəxsi inkişaf baxımından da güclü motivasiya yaranır. Dünyagörüşünüzü genişləndirəcək təcrübənin arxasınca getmək istəyə bilərsiniz.

Lakin gündəlik həyatın intensivliyi içində zehninizi həddindən artıq yormamağa çalışın. Daxilinizdə böyütdüyünüz məsələləri danışmaq bu dövrdə sizə düşündüyünüzdən daha çox fayda verə bilər.

Ev və ailə həyatında baş verəcək dəyişikliklər isə daha dərin dönüşümün qapısını aça bilər.

 Oxatan və yüksələn Oxatan

Karyeranız və cəmiyyət qarşısındakı mövqeyiniz baxımından mühüm başlanğıc dövrüdür. Yeni vəzifə, layihə və ya istiqamət dəyişikliyi gündəmə gələ bilər.

Maliyyə baxımından da hərəkətli mərhələ başlayır. Ortaq vəsaitlər, investisiyalar və maliyyə paylaşımı ilə bağlı mühüm qərarlar qəbul edə bilərsiniz. Lakin tələsmək əvəzinə vəziyyətə bütöv şəkildə baxmaq vacibdir.

Sevgi və dostluq münasibətlərində isə yanlış anlaşılmalara açıq atmosfer var. Gözləntilərlə reallığı bir-birindən ayırmağa çalışın.

Ünsiyyət sahəsində baş verəcək mühüm hadisə həyatınızın istiqamətini dəyişə bilər. Bəzən tək bir söhbət uzun müddətdir bağlı qalan qapını aça bilər.

Oğlaq və yüksələn Oğlaq

Təhsil, akademik fəaliyyət, səyahətlər, xarici ölkələr və həyata baxışınız baxımından yeni mərhələ başlayır. Dünyaya baxdığınız pəncərəni dəyişdirəcək bir təcrübə yaşaya bilərsiniz.

Münasibətlər və tərəfdaşlıqlar da canlanır. Həyatınızda birlikdə yol gedəcəyiniz insanların əhəmiyyəti artır.

Karyera və ailə arasında isə bəzi məsələlərin hələ tam aydınlaşmaması mümkündür. Xüsusilə işlə bağlı eşitdiyiniz məlumatları dəqiqləşdirmədən qəti qərar verməyin.

Maliyyə və iş rejimində baş verəcək dəyişikliklər isə sizi daha davamlı və sabit sistemə yönəldə bilər.

 Dolça və yüksələn Dolça

Ortaq pul, investisiyalar, borclar və maliyyə paylaşımı baxımından yeni səhifə açılır. Bununla yanaşı, sizi emosional baxımdan dəyişdirən və daha dərin fərqindəlik qazandıran proses də başlaya bilər.

İş və gündəlik həyatınızda temp artır. Yeni sistem qurmaq, məsuliyyətləri yenidən bölüşdürmək və iş üsulunuzu dəyişmək istəyə bilərsiniz.

Təhsil, səyahət və ünsiyyət məsələlərində isə informasiya qarışıqlığına diqqət yetirin. Xüsusilə mühüm sənədlər və qərarlar zamanı hər şeyi iki dəfə yoxlamaqda fayda var.

Özünüz və sevgi həyatınızla bağlı baş verəcək dəyişikliklər isə sizi daha azad, cəsarətli və səmimi ifadə tərzinə gətirə bilər.

 Balıq və yüksələn Balıq

Münasibətlər və tərəfdaşlıqlar baxımından yeni mərhələ başlayır. Yeni münasibət, mövcud münasibətdə yeni səhifə və ya münasibətin gələcəyi ilə bağlı mühüm qərar gündəmə gələ bilər.

Sevgi, yaradıcılıq və sosial həyatınız da canlanır. Həyatdan zövq almaq, yaratmaq və özünüzü daha sərbəst ifadə etmək istəyiniz arta bilər.

Maliyyə məsələlərində isə qeyri-müəyyənliyi azaltmaq vacibdir. Xüsusilə ortaq vəsaitlər məsələsində heç nəyi fərziyyəyə buraxmayın.

Daxili dünyanız və ailə həyatınızda baş verəcək dəyişikliklər isə keçmişdə sizi məhdudlaşdıran bəzi qəliblərdən qurtulmağınıza kömək edə bilər.

Qız bürcü bizə həyatı mükəmməlləşdirməyi deyil, daha yaxşı vəziyyətə gətirməyi öyrədir. Hər şeyi eyni anda dəyişmək məcburiyyətində deyilik.

Bəzən dəyişiklik bir siyirməni səliqəyə salmaqla başlayır.

Bəzən təxirə saldığımız söhbəti etməkdən.

Bəzən isə artıq bizə yaxşı təsir etməyən vərdişdən imtina etməklə.

11 sentyabr Yeni Ayı göy üzündə böyük inqilab vəd etməkdən daha çox, bizə həyatımızın sükanını yenidən əlimizə almağı xatırladır.

Çünki yenidən başlamaq hər şeyi sıfırlamaq demək deyil. Bəzən sadəcə sürəti azaldır, yolu yenidən görür və qaldığın yerdən davam edirsən.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR