İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ NATO-dakı tərəfdaşlarından BCM-ni tərk etməyi tələb edir

İyul ayında NATO üzvü olanların alyansdakı səfirləri ilə keçirilən qapalı görüşdə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker müttəfiqlərin Roma Statutundan çıxmasını və bununla da Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştiraklarından imtina etməsini tələb edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ müttəfiqlərini məhkəməni "sistemli şəkildə ləğv etmək" kampaniyasına cəlb etməyə çalışır.

Nəşrin mənbələri iddia edir ki, Uitaker çıxışının sonunda ABŞ-nin bu kampaniyaya "hansı ölkələrin dəstək verdiyini yaxından izləyəcəyini" bildirib. Bundan əlavə, ABŞ missiyası digər nümayəndə heyətlərinə "məhkəmənin yaratdığı təhlükəni təhlil etməyə" çağıran bir məktub göndərib. Məktubda deyilir ki, ABŞ-nin müttəfiqləri BCM-i səlahiyyətlərini aşdığına görə açıq şəkildə qınamalı və maliyyə dəstəyini dayandırmalıdırlar.

“Politico”nun məlumatına görə, Hollandiya və Fransa BCM-i müdafiə etmək üçün çıxış ediblər. Nəşr qeyd edir ki, məhkəmə ətrafındakı vəziyyət ABŞ və Avropa arasında onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirir.

Qeyd edək ki, BCM son illərdə ən çox Rusiya və İsrail rəhbərlərinə qarşı ittihamlarla çıxış edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR