Onlayn ictimai-siyasi qəzet
Müğənni Niyam Salami çalışdığı məkanda ona qarşı haqsızlıq edildiyini iddia edib.
Musavat.com-un məlumatına görə, sənətçi bir neçə gün əvvəl iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasının baş verdiyi “Şəki yaylası” istirahət mərkəzinin sahibini sərt tənqid edib.
O, sahibin Novxanıda yerləşən restoranında çalışdığını və işdən ayrıldıqdan sonra müxtəlif problemlərlə üzləşdiyini bildirib.
N.Salami iddia edib ki, rəhbərlik tərəfindən uzun müddət təzyiqlərə məruz qalıb və borclandırılıb. Onun sözlərinə görə, işdən ayrıldıqdan sonra müxtəlif şirkətlər ona zəng edərək borcların ödənilməsini tələb edib.
Sənətçi həmçinin “Şəki yaylası”ndakı kanatın təhlükəsizliyi ilə bağlı ittihamlar səsləndirib və qəzanın məsuliyyətini obyektin sahibinin üzərinə qoyub.
Qeyd edək ki, sənətçinin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin mövqeyi məlum deyil.
Könül
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ