İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilə İran arasında SÖZ davası – Müharibə öncəsi PAUZA, yoxsa...

Xəbər verildiyi kimi, Vaşinqton və Tehran arasında razılaşdırılan və ictimaiyyətə açıqlanması gözlənilən sülh memorandumunun bəzi gizli detalları dərc edilib. Sənədə əsasən, tərəflər regionda sabitliyi bərpa etmək üçün qarşılıqlı olaraq ciddi güzəştlərə getməyə razılaşıblar. "Axios"un əldə etdiyi rəsmi layihə sənədinə əsasən, tərəflər arasında imzalanacaq memorandumda aşağıdakı strateji və həlledici bəndlər yer alıb: İki ölkə arasında mövcud olan müvəqqəti atəşkəs rejiminin müddəti daha 60 gün müddətinə rəsmən uzadılır. ABŞ rəhbərliyi İran limanları üzərindəki hərbi blokadanı tamamilə götürməyi və Tehrana qarşı tətbiq edilən ağır iqtisadi sanksiyaları qismən yumşaltmağı öhdəsinə götürür. Bunun müqabilində İran sərbəst şəkildə qlobal bazara neft ixrac etmək hüququ qazanır.

ABŞ Konqresində İran Müharibəsi üçün 200 Milyardlıq Mübahisə -

Keçid dövrü ərzində qlobal enerji ticarətinin ana damarı sayılan Hörmüz boğazı gəmilərin təhlükəsiz hərəkəti üçün tamamilə açıq elan olunur. İran rəsmi olaraq boğaza yerləşdirdiyi bütün dəniz minalarını sürətlə təmizləməyə başlayacaq.
Müvəqqəti barışıq müddətində ABŞ öz hərbi qüvvələrini və dəniz donanmasını İran ətrafındakı strateji nöqtələrdə saxlamağa davam edəcək. Qoşunların tam çıxarılması yalnız yekun və irihəcmli sülh sazişi imzalandıqdan sonra mümkün ola bilər. 60 günlük keçid dövründən istifadə edən Vaşinqton və Tehran rəsmiləri İranın nüvə proqramının gələcək taleyi ilə bağlı dayandırılmış rəsmi danışıqları yenidən aktivləşdirəcəklər. Lakin İranın "Mehr" agentliyinin məlumatlı mənbəsi "Axios" nəşrinin İran ilə ABŞ arasında təklif olunan sazişin məzmununa dair yaydığı xəbəri təkzib edib və bunun yalnız ABŞ-nin mövqeyini əks etdirdiyini bildirib.

Bu arada “Al Hadath” telekanalı iki tərəf arasında növbəti danışıqlar mərhələsinin iyunun 5-də keçirilə biləcəyi haqda məlumat yayıb. Ən son xəbərdə isə deyilir ki, ABŞ və İran arasında anlaşma memorandumunun yekunlaşdırılması daha bir neçə gün çəkə bilər. Məlumatı CNN yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yayıb: "ABŞ və İran arasında anlaşma memorandumunun yekunlaşdırılması daha bir neçə gün çəkə bilər". CNN-in məlumatına görə, ABŞ Tehranın razılaşmanın əsas bəndləri ilə razılaşdığına inanır, lakin mətnlə bağlı mübahisələr davam edir və bu da İranda uzun müddətli təsdiq tələb edir

Bəs belə bir memorandumun imzalanması böyük müharibə təhlükəsini aradan qaldıracaqmı, yoxsa söhbət, sadəcə, müharibə öncəsi pauzadan gedir?

Yusif Bağırzadə: Bu, Azərbaycan dövlətinin insan həyatını ən ali dəyər kimi  qiymətləndirməsinin ən bariz nümunəsidir - "İki sahil"

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, bu memorandum layihəsi gerçəkdən mövcuddursa və qeyd olunan bəndlər yekun sənəddə saxlanılarsa, bu, ABŞ ilə İran arasında son onilliklərin ən ciddi deeskalasiya cəhdi sayıla bilər: “Amma sənədin məzmunu göstərir ki, tərəflər hələ tam siyasi barışığa deyil, “idarə olunan gərginlik” modelinə keçməyə çalışırlar. Burada əsas məsələ müharibənin tam bitməsi yox, onun nəzarətsiz fazaya keçməsinin qarşısını almaqdır.
ABŞ-ın İran limanlarına blokadanı yumşaltmağa hazır olması Vaşinqtonun enerji bazarındakı risklərdən ciddi narahat olduğunu göstərir. Hörmüz boğazının açıq saxlanılması qlobal neft qiymətləri üçün həyati məsələdir. İranın mina təmizləməsinə razı olması isə Tehranın da iqtisadi nəfəs almağa ehtiyac duyduğunu göstərir. Eyni zamanda, ABŞ qüvvələrinin bölgədə qalması göstərir ki, Vaşinqton İrana tam etibar etmir”.

Onun fikrincə, ən kritik məsələ nüvə proqramıdır: “Memorandumun əsas məqsədi faktiki olaraq vaxt qazanmaqdır. Çünki İranın nüvə fəaliyyəti ilə bağlı yekun anlaşma olmadan uzunmüddətli sülh real görünmür. Xüsusilə İsrail İranın nüvə potensialının tam məhdudlaşdırılmadığı heç bir sazişi təhlükəsizlik baxımından yetərli hesab etməyə bilər. Bu isə prosesə əlavə risk yaradır. Lakin hər halda bugünkü vəziyyət İrana qarşı hərbi zərbələrin yaxın zamanlarda endirilməyəcəyini deməyə əsas verir. Müharibə ehtimalı xeyli azalıb. Senatın hərbi zərbələr endirilməsinə razılıq verməməsi də bunu şərtləndirir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR