İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" qələbə qazandı, Azərbaycan Avropada irəlilədi

Ötən gün Çempionlar Liqasının Liqa mərhələsində keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.

Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilib.

Buna "Sabah"ın 2-ci turun oyununda Çexiya "Slaviya"sını (Slavia Praha, Slavia Prague) Bakıda üstələməsi (2:0) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin reytinq hesabını 0,500 əmsal zənginləşdirib. Nəticədə cari mövsümdə qazanılan əmsal 5.625-ə yüksəlib. Bunun 3.500 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 24.187-yə bərabərdir.

Dünənki qələbədən sonra Azərbaycanın qitə sıralamasında mövqeyi də dəyişib. Ölkəmiz İsraili geridə qoyaraq 25-ci yerdən 24-ə yüksəlib. Ən yaxın izləyicimiz İsrailin 24.125 əmsalı var. Bir pillə öndə - 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi qazancı isə 24,337-yə bərabərdir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (104.019) başçılıq edir. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR