Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasının təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq (22,5 milyon dollar) ayırıb.
Musavat.com xəbər verir ki, məlumatı Britaniya Nazirlər Kabinetinin mətbuat xidməti yayıb:
"Bu dəstək Çernobıl Atom Elektrik Stansiyası strukturunun bağlanmasını və ventilyasiyasını bərpa etmək, eləcə də onun xidmət müddətini uzatmaq üçün vacib təmir işlərini maliyyələşdirəcək".
Qeyd olunur ki, korroziyanın aradan qaldırılması üçün təmir işləri də zəruridir, çünki korroziya "onilliklər boyu davam edən beynəlxalq investisiyaları sarsıda" və uzunmüddətli ekoloji risklər yarada bilər.
2025-ci ildə MAQATE 14 fevral gecəsi Çernobıl Atom Elektrik Stansiyasında partlayış baş verdiyini elan edib. Həmin gecə Rusiya zərbə dronu Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunun saxlama konstruksiyasına çırpılıb.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ