Onlayn ictimai-siyasi qəzet
Pentaqon ABŞ-ın Montana ştatında pilotsuz və hipersəs sistemlər də daxil olmaqla, qabaqcıl silahlar üçün sınaq mərkəzi yaratmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Prezidenti Donald Tramp ştatda seçkiöncəsi çıxışında məlumat verib:
"Məmnuniyyətlə elan edirəm ki, Montanada Müdafiə Nazirliyi potensial muxtar silahlar, kosmik müharibə və elektron müharibə texnologiyaları, səsdən sürətli və hipersəs sistemlər də daxil olmaqla, qabaqcıl silahlar və texnologiyalar üçün yeni super sınaq mərkəzi yaratmaq niyyətindədir".
O, bunun ABŞ-ın hərbi üstünlüyünü təmin etməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
ABŞ Prezidenti bir neçə digər ABŞ ştatının hakimiyyət orqanlarının sınaq mərkəzinə ev sahibliyi etməyə iddia etdiyini, lakin Montanonun seçildiyini bildirib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ