Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, mediaya məxfi məlumat sızdıran hər hansı bir dövlət məmuru güllələnmə də daxil olmaqla, ciddi şəkildə cəzalandırılmalıdır.
Musavat.com xəbər verir ki, o, bu barədə Arizonada keçirilən mitinqdə çıxışından sonra jurnalistlərə danışıb:
"Mənim fikrimcə, məxfi məlumat sızdıranlar edam edilməlidir. Məsələn, onlar hər hansı bir ölkəyə nə vaxt hücum edəcəyinizi dedikdə".
Tramp əlavə edib ki, Vaşinqton İrana planlaşdırılan hücumu ləğv etməli olub, çünki "bəzi alçaqlar" ABŞ bombardmançı təyyarələrinin bölgəyə göndərildiyinə dair məlumatı CNN və The New York Times-a sızdırıb, İran bombardmana hazırlaşa bilib:
“Onlar Missuridən saat 12:07-də yola düşdüyümüz barədə məlumat sızdırdılar və bu, New York Times və CNN tərəfindən dərc edildi. Bu kimi insanlar həbs olunmalı və ya güllələnməlidir. Onlar ömürlərinin sonuna qədər həbsdə qalacaqlar. Məncə, onlar cəmiyyətin zibilidirlər".
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ