Onlayn ictimai-siyasi qəzet
Nigeriyanın şimal-qərbində yerləşən Cabo kəndində ABŞ-a məxsus raketin qalıqlarının yeganə tibb məntəqəsinin yaxınlığına düşməsindən sonra əhali qorxu və çaşqınlıq içindədir.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Yerlı sakinlər bildiriblər ki, bu ərazidə heç vaxt İŞİD və ya digər terror qruplarının fəaliyyəti olmayıb. Onların sözlərinə görə, kənddə müsəlmanlar və xristianlar sülh şəraitində yaşayır və dini qarşıdurma müşahidə edilməyib.
ABŞ prezidenti Donald Tramp zərbənin İŞİD döyüşçülərinə endirildiyini bildirərək bunu “terrorçular üçün Milad hədiyyəsi” adlandırıb. Nigeriya hakimiyyəti isə əməliyyatın Sokoto ştatının başqa bölgəsində İŞİD sığınacaqlarına qarşı ABŞ-la birgə həyata keçirildiyini, Caboya düşən qalıqların isə təsadüfi olduğunu açıqlayıb.
Mülki əhali arasında itki qeydə alınmayıb. Bununla belə, hadisə bölgədə panikaya səbəb olub. Ekspertlər isə hava zərbələrinin ölkədə idarəetmə və daxili münaqişələrlə bağlı dərin təhlükəsizlik problemlərini həll etməyəcəyini bildirirlər.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ