Onlayn ictimai-siyasi qəzet
İyul ayı ərzində İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Səlahiyyətli şəxslərə istinadən verilən məlumatda bildirilir ki, xəsarət alan hərbçilərin böyük əksəriyyəti artıq öz xidməti vəzifələrinin icrasına qayıdıb.
Müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell "CBS News"un yaydığı bu məlumatı rəsmən təsdiqləyib.
"7 iyul 2026-cı il tarixindən bəri davam edən hücumlar nəticəsində 100-ə yaxın hərbi qulluqçumuz müxtəlif dərəcəli xəsarətlər alıb. Buna baxmayaraq, onların 96% -i artıq xidmətə geri dönüb", – deyə Parnell bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, xəsarətlərin böyük əksəriyyəti yüngül kəllə-beyin travmaları və beyin silkələnməsindən ibarətdir.
Musavat.com
21 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ