Onlayn ictimai-siyasi qəzet
İran Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında yeni tələb qoyub.
Musavat.com xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, Tehran Zəngəzur dəhlizinin təhlükəsizliyinin ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin hərbi qüvvələri tərəfindən təmin edilməsini istəyir. Bildirilir ki, ikinci halda söhbətin Rusiyanın hərbi qüvvələrindən getdiyi ehtimal olunur.
Məlumata görə, İranın əsas məqsədi öz sərhədləri yaxınlığında ABŞ hərbçilərinin yerləşdirilməsinə imkan verməməkdir. Tehran xəbərdarlıq edir ki, gərginliyin artacağı təqdirdə İran sərhədləri yaxınlığında yerləşdiriləcək amerikalı hərbçilər legitim hədəf kimi nəzərdən keçirilə bilər.
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ