İnsanlara hürriyət, millətlərə istiqlal!

80 ildən sonra ortaya çıxan “Zapı” – sahibinin qəhrəmanlığı iki ölkə arasındakı körpüyə ad oldu

Rusiya ilə Şimali Koreya arasında yeni körpüdə hərəkətin açılışı tarixi hadisə ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, körpüdən keçən ilk avtomobil təxminən 80 il əvvəl Kim İr Senin həyatını xilas etmiş sovet zabiti Yakov Noviçenko ilə bağlı olub.

Yeni körpüdə hərəkəti ZAZ-968M “Zaporojets” avtomobili açıb. Bu avtomobil vaxtilə Yakov Noviçenkoya məxsus olub.

Noviçenko 1946-cı il martın 1-də Pxenyanda keçirilən mitinq zamanı Kim İr Senə atılan qumbaranı tutaraq öz bədəni ilə onun qarşısını alıb. Partlayış nəticəsində ağır yaralansa da, Kim İr Senin həyatını xilas edib.

Hadisədən sonra Noviçenko Şimali Koreyada qəhrəman kimi tanınıb və Kim İr Senlə uzun illər əlaqə saxlayıb.

Rusiya ilə Şimali Koreyanı birləşdirən yeni körpüyə də Yakov Noviçenkonun adı verilib. Açılış zamanı vaxtilə ona məxsus olmuş “Zaporojets”in körpüdən ilk keçən avtomobil seçilməsi simvolik məna daşıyıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR