Onlayn ictimai-siyasi qəzet
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası bölməsi göndərir.
Musavat.com Gunaz.tv-yə istinadla bildirir ki, bu barədə ABŞ rəsmisi açıqlama verib. Onun sözlərinə görə, hazırda regionda "George Washington" və "George H. W. Bush" adlı iki təyyarədaşıyan gəmi yerləşir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkilərindən sonra İran ərazisinin yenidən bombardman edilməsi ehtimalını istisna etməyib. "Time" jurnalına açıqlamasında aralıq seçkilərdən sonra İrana qarşı mümkün zərbələrlə bağlı suala cavab olaraq Tramp qısaca "ola bilər" deyib və hərbi müdaxilə variantının masada qaldığına işarə edib.
Musavat.com
02 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ