İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ–İran danışıqları fonunda göydə mesaj: B-52-lər Qətərə endi

ABŞ Yaxın Şərqdə artan gərginlik və İranla aparılan diplomatik təmaslar fonunda diqqətçəkən hərbi addım atıb.

Musavat.com xəbər verir ki, İsrailin Israel Hayom nəşrinin məlumatına görə, Ağ Evin ərəbdilli rəsmi hesabı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress strateji bombardmançı təyyarələrindən ibarət qrupun Qatar ərazisində yerləşən Al Udeid Air Base aviabazasına çatdığını rəsmi şəkildə təsdiqləyib.

Məlumata görə, bu hərbi yerləşdirmə regionda təhlükəsizlik risklərinin kəskin artdığı bir dövrə təsadüf edir. Xüsusilə də ötən cümə günü ABŞ və Iran nümayəndələri arasında baş tutan diplomatik danışıqlar fonunda bu addım Vaşinqtonun “iki xəttli” strategiyası kimi qiymətləndirilir: bir tərəfdən diplomatik dialoq, digər tərəfdən isə açıq güc nümayişi.

Hərbi ekspertlərin fikrincə, B-52 bombardmançılarının Qətərdə yerləşdirilməsi təkcə İran üçün deyil, bütövlükdə Yaxın Şərqdəki aktorlar üçün strateji mesaj xarakteri daşıyır və mümkün eskalasiyaların qarşısını almağa yönəlmiş preventiv təzyiq aləti kimi istifadə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR