Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin siyasi həyatında yeni qalmaqallar ciddi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, keçmiş konqresmenlər Toni Qonzalez və Erik Suoluell barəsində səslənən ittihamlar ABŞ siyasətində ciddi rezonans doğurub.
Xüsusilə Suoluell haqqında bir neçə qadının mediaya verdiyi açıqlamalar – qeyri-etik mesajlardan tutmuş ağır ittihamlara qədər – onun siyasi karyerasının sonuna səbəb olub.

Qeyd olunur ki, bu cür hallarda rəsmi mexanizmlər çox zaman effektli işləmir. ABŞ Konqresində klassik kadrlar şöbəsi mövcud deyil və deputatlar öz ofislərini faktiki olaraq tam nəzarət altında idarə edir. Bu isə işçilərin hüquqlarını zəif qorunan vəziyyətdə qoyur. Konqresin Etika Komitəsinin qərarları aylarla gecikir və bir çox hallarda nəticə vermir. Məsələn, "Qonzales işi" ilə bağlı araşdırma onun istefası ilə nəticələnib və heç bir cəza tətbiq edilməyib. Bu vəziyyət fonunda bəzi siyasətçilər fərqli yanaşma təklif edir. Məsələn, konqresmen Loren Bobert zərərçəkənləri birbaşa müraciət etməyə çağırıb və ittihamların ictimailəşdirilməsi yolu ilə məsuliyyət yaratmağı təklif edib.
Digər tərəfdən, bəzi siyasətçilər hüquqi prosedurların qorunmasının vacibliyini vurğulayır. Konqres üzvü Tereza Leger Fernandez bildirib ki, yalnız ittihamlar və şayiələr əsasında qərar qəbul etmək düzgün deyil. 2018-ci ildə #MeToo hərəkatından sonra Konqresdə müəyyən islahatlar aparılsa da, problemlər qalmaqdadır. Qanunvericiliyə görə artıq təzminatlar vergi ödəyicilərinin hesabına deyil, birbaşa siyasətçilərin özləri tərəfindən ödənilməlidir.
Buna baxmayaraq, zərərçəkənlər hələ də həm karyeralarının məhv olacağından, həm də siyasi sistemdən kənarlaşdırılmaqdan qorxduqlaırnı dilə gətirirlər.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ