İnsanlara hürriyət, millətlərə istiqlal!

Ad günü faciə ilə bitdi - 4 nəfər öldü

Braziliyanın Rio-de-Janeyro şəhərində helikopter qəzaya uğrayıb.

Bu barədə “Qatar News Agency” məlumat yayıb.

Qəzaya uğrayan helikopter Tijuka Milli Parkının sıx meşəlik ərazisinə düşüb. Təyyarədə olan 4 nəfər ölüb. Ölən pilot və eyni ailədən olan 3 kolumbiyalı turist qadının cəsədləri dağlıq və çətin keçilən ərazidə aşkarlanıb.

Rio-de-Janeyrodakı Kolumbiyanın baş konsulu Diana Paezin verdiyi məlumata görə, həlak olan qadınlar qızın 15 yaşını qeyd etmək üçün şəhərə səfər edən ailənin üzvləri olub. Altı nəfərlik ailə helikopterin yalnız üç sərnişin götürə bilməsi səbəbindən iki qrupa bölünüb. Qəzaya uğrayan helikopterdə qızın nənəsi, xalası və əmisi qızı olub.

Hadisədən sonra Rio-de-Janeyro şəhər rəhbərliyi Braziliyanın Milli Mülki Aviasiya Agentliyinə (ANAC) müraciət edib. Şəhər rəhbərinin müavini Eduardo Kavalyeri bildirib ki, şəhərdə helikopter uçuşlarının sayının artması fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və uçuşlara nəzarətin artırılması tələb olunur./konkret.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR