İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - VİDEO

"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb.

Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.

Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.

Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

***

Çağrı Balta 74-cü dəqiqədə “Fənərbağça”nın ikinci qolunu vurdu.

@@TVmusavat/156550@@

***

“Fənərbağça” hesabda önə keçdi.

Nqolo Kante 59-cu dəqiqədə hesabı açdı.

***

Matç başladı.

***

Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbağça” komandaları arasında  yoldaşlıq oyunu keçiriləcək.

Musavat.com xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç saat 20:00-da başlayacaq. Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.

Xatırladaq ki, “Turan”la “Fənərbağça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR