Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Sumı vilayətində velosipedlə hərəkət edən qadın gözlənilməz addımı ilə hərbçiləri təəccübləndirib.
Musavat.com xəbər verir ki, qadın minaya düşərək sıradan çıxmış hərbi robotun xilas edilməsinə kömək edib.
Hadisə Ukrayna ordusunun döyüş tapşırığını yerinə yetirdiyi ərazidə baş verib.
Məlumata görə, Ukraynaya məxsus pilotsuz yerüstü robotlaşdırılmış kompleks hərəkət zamanı minaya düşərək zədələnib və fəaliyyətini davam etdirə bilməyib.
Hərbçilər sıradan çıxmış texnikanı təhlükəli ərazidən çıxarmaq üçün hadisə yerinə ikinci robotlaşdırılmış kompleks göndəriblər. Lakin həmin aparat zədələnmiş texnikanı yedəyə ala bilməyib.
Məhz bu zaman gözlənilməz hadisə yaşanıb. Ərazidən velosipedlə keçən qadın hərbi texnikaya yaxınlaşaraq onun təxliyəsinə kömək göstərib.
Yayılan videogörüntülərdə qadının kamuflyaj örtüyü ilə gizlədilmiş hərbi aparata yaxınlaşdığı və onun yanında hərəkət etdiyi əks olunub.
Ukrayna hərbçiləri qadının cəsarətini yüksək qiymətləndirərək ona təşəkkür ediblər. Bununla belə, hərbçilər belə hərəkətlərin son dərəcə təhlükəli olduğunu, insanların öz həyatlarını riskə atmamalı olduqlarını xüsusi vurğulayıblar.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ