İnsanlara hürriyət, millətlərə istiqlal!

"Adımı qoydular TikTok dilənçisi" - Elgiz Əkbər

Aparıcı Elgiz Əkbər TikTok-da canlı yayıma girdiyi üçün tənqid edildiyini deyib.

"İki başlı" verilişinə qatılan aparıcı izləyicilərin ona "TikTok dilənçisi" dediklərindən danışıb:

"TikTok-da canlı açdım. Bir dəfə bağlaya bilmirdim. Hədiyyələr atırdılar. İnsanların ürəyi istəyir, atır. Necə deyim, atmayın, kimsən sən? Eyib deyil? Camaat hədiyyə atır deyə, o deməkdir ki, dilənirəm? Girdim TikTok-a baxdım ki, 1200 manat pul gəlib. Heç bilməmişəm necə gəlib, kim şir atıb... Adımı qoydular TikTok dilənçisi. Yazdılar bu da qoşulub başqalarına dilənir. Elə utandım. Ondan sonra TikTok-a girmirəm". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR