Onlayn ictimai-siyasi qəzet
Kiyevdə göl kənarında skamyada oturan şəxslər suda meyit aşkar ediblər.
Musavat.com xəbər verir ki, bu barədə yerli Telegram kanalları məlumat yayıb.
Məlumata görə, hadisə Kiyevin Poznyaki rayonunda yerləşən Vulık gölü yaxınlığında baş verib. Göl kənarında dincələn şəxslər əvvəlcə suda qəribə bir cisim görüblər. Kameranın yaxınlaşdırma funksiyası ilə baxdıqda isə bunun meyit olduğunu, üzərində milçəklərin toplandığını müəyyən ediblər.
Video müəllifinin sözlərinə görə, həmin vaxta qədər onlarla insan, o cümlədən azyaşlı uşaqla göl kənarına gələnlər hadisə yerindən keçsələr də, heç kim meyiti görməyib.
Hadisə yerinə polis çağırılıb. Meyitin şəxsiyyəti və ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Musavat.com
28 Iyul 2026
03:09 Hava limanında inanılmaz anlar – gözlənilməz qonaq tavandan sərnişinlərin üstünə düşdü - VİDEO
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ