İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evə şok təhlükə – Trampın helikopterinə hücum

ABŞ-də prezident Donald Trampın helikopteri naməlum pilotsuz uçuş aparatı ilə təhlükəli yaxınlaşma yaşayıb.

Musavat.com xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Məlumata görə, PUA dövlət başçısının olduğu helikopterə son dərəcə yaxın məsafədən keçib və mümkün toqquşma riski yaranıb. Hadisə dərhal təhlükəsizlik sistemlərini hərəkətə gətirib və vəziyyət “potensial hücum” kimi qiymətləndirilib.

İnsidentdən sonra hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb, eniş və qalxışlara qadağa tətbiq olunub. Əraziyə əlavə helikopterlər göndərilərək naməlum dronun mənbəyi və məqsədi araşdırılmağa başlanıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR