İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə ər arvadını öldürdü

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

İddiaya görə, əslən Ağdam rayonunun Mərzili kəndindən olan, 1969-cu il təvəllüdlü Ayaz Amanxan oğlu Səlimov həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovanı ailədaxili münaqişə zəminində qətlə yetirib. Bildirilir ki, kişi qadını mətbəxdə istifadə olunan ət baltası ilə öldürüb.

Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR