İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Almaniya Ekvador qarşısında büdrədi - VİDEO

Dünya Çempionatı çərçivəsində keçirilən gərgin qarşılaşmada Ekvador millisi Almaniya yığması üzərində 2:1 hesablı dramatik qələbə qazanıb.

Musavat.com xəbər verir ki, turnirin ən maraqlı oyunlarından birində son dəqiqələrə qədər gərgin mübarizə qeydə alınıb. Almaniya millisi güclü müqavimət göstərsə də, Ekvador futbolçuları meydandan 3 xalla ayrılmağı bacarıblar.

Bu nəticə ilə Ekvador mühüm qələbəyə imza ataraq azarkeşlərini sevindirib.

***

Ekvador millisi Almaniya ilə oyunda hesabda önə keçib.

Musavat.com xəbər verir ki, Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Ekvador – Almaniya matçında növbəti qol vurulub.

Qarşılaşmanın 78-ci dəqiqəsində Gonzalo Plata fərqlənərək Ekvadoru önə keçirib.

Hazırda hesab Ekvadorun xeyrinə 2:1-dir.

***

Ekvador və Almaniya arasında keçirilən Dünya Çempionatının qrup mərhələsinin 3-cü tur oyununda ikinci hissə davam edir.

Musavat.com xəbər verir ki, qarşılaşmada hazırda hesab 1:1-dir.

Statistik göstəricilərə əsasən, Almaniya topa sahibolmada 63 faizlə üstün görünür. Ekvadorun topa sahibolma göstəricisi isə 37 faizdir. Zərbələrdə Almaniya 6:2, qapıya dəqiq zərbələrdə isə 2:1 öndədir. 

Hər iki komanda 1 künc zərbəsi yerinə yetirib. Qayda pozuntularında Ekvador 9:3 öndədir. Komandalar hərəyə 1 sarı vərəqə alıb, qırmızı vərəqə isə qeydə alınmayıb.

İlk hissə: Ekvador 1–1 Almaniya

Topa Sahib Olma: 37% — 63%
Zərbə: 2 — 6
Qapıya Zərbə: 1 — 2
Künc Zərbəsi: 1 — 1
Qayda Pozuntusu: 9 — 3
Sarı Vərəqə: 1 — 1
Qırmızı Vərəqə: 0 — 0

***

Ekvador millisi Almaniya ilə oyunda hesabı bərabərləşdirib.

Musavat.com xəbər verir ki, Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Ekvador – Almaniya matçında növbəti qol vurulub.

Qarşılaşmanın 9-cu dəqiqəsində Nilson Angulo fərqlənərək hesabı 1:1 edib.

Hazırda oyunda hesab 1:1-dir.

***

Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda Ekvador və Almaniya yığmaları arasında keçirilən oyunda hesab açılıb.

Almaniya millisi matçın 2-ci dəqiqəsində önə keçib.

Leroy Sane rəqib qapısına dəqiq zərbə endirərək komandasını hesabda irəli çıxarıb.

Hazırda qarşılaşmada hesab Almaniyanın xeyrinə 1:0-dır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR