Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin Ankara şəhərinin Nallıhan rayonunda yerləşən mədən ocağında uçqun baş verib.
Məlumata görə, bədbəxt hadisə nəticəsində 1 işçi həyatını itirib, 12 fəhlə isə xəsarət alıb. Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ilk tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara hospitalizasiya ediliblər.
Ərazidə xilasetmə işləri və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ