Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda Konstitusiyanın dil maddəsi ilə bağlı yeni yanaşma hazırlanır.
Musavat.com xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, rus dilinin tətbiqi “dövlət dili olan qazax dili ilə yanaşı” ifadəsi ilə daha dəqiq şəkildə təsbit olunacaq.
Açıqlamaya görə, qazax dili ölkənin yeganə dövlət dili statusunu saxlayır. Yeni formul isə rus dilinin rəsmi ünsiyyət və ictimai-siyasi müstəvidə qazax dili ilə paralel istifadəsinin hüquqi çərçivəsini aydınlaşdırmağı hədəfləyir. Rəsmi dairələr bildirir ki, bu addım dil balansının normativ əsasda dəqiqləşdirilməsi məqsədi daşıyır.
Qeyd olunur ki, dəyişikliklər Konstitusiyaya təklif edilən ümumi paket çərçivəsində müzakirə edilir və yekun qərar qəbul edildikdən sonra hüquqi qüvvə qazanacaq.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ