Onlayn ictimai-siyasi qəzet
"O qədər çətinliklər yaşamışam ki... Amma övladıma hər şey etməyin tərəfdarı deyiləm. Fərqli düşünürəm. İnsan özü çətinlik yaşayıb, hər şeyin qədrini bilir. İstəyir uşağı çətinlik görməsin, 30 minlik maşın alır ki, universitetə onunla getsin. Belə düşünmürəm. Uşaq bundan başqa nəticə alır. Bilmir ki, ata əziyyətlə böyüyüb. Başlayır dərsdən yayınmağa, gedir gəzir. Bir vaxt valideyn olmayanda da qalır ortalıqda".
Bu sözləri aktyor Müşviq Şahverdiyev "Efirdən kənar" proqramında deyib.
Aktyor valideynlərin uşaqlara rahat həyat verməsini tənqid edib:
"Belə uşaqlar çox idi. Əhatəmdə varlı uşaqlar olub ki, indi heç nəyə nail olmayıblar. Uşağa hər şeyi normada etməlidir. Uşaq hiss etməlidir ki, atam kimi əziyyət çəkməli, qurmalı, nəsə yaratmalıyam".
Müşviq qazandığı ilk puldan söz açıb:
"İlk konsertdən 150 dollar qazandım. İlk dəfə idi belə pul görürdüm. Ağlıma gəldi ki, səhərə qədər yeyib içəcəyik, stolda hər şey olacaq. 100 dolları xırdaladım, cibimdə pul partlayırdı. Qışda pomidor nədir bilmirdik. Girdim marketə, pomidor, xiyar, meyvə, hər şey aldım. Səhərə qədər yedik, içdik, anama pul göndərdim. Həmin masanın dadı hələ də ağzımdadır". (Axşam.az)
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ