Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Afrikadakı məcburi köçkünlərə və onları qəbul edən icmalara dəstək vermək, eləcə də silahlı münaqişədən təsirlənən ərazilərdəki əhaliyə kömək etmək üçün 710 milyon avro ayıracaq.
Musavat.com xəbər verir ki, məlumatı Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen X hesabında açıqlayıb: "Afrikadakı məcburi köçkünlər və onları qəbul edən icmalar üçün 800 milyon dollardan (710 milyon avro – red.) çox vəsait ayrıldığını elan etməkdən məmnunam. Buraya müharibədən təsirlənən icmalara yardım da daxildir".
Fon der Lyayenin sözlərinə görə, maliyyələşdirmə beynəlxalq təşkilat olan Global Citizen-in 2026-cı il kampaniyası vasitəsilə təmin edilir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ