İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderləri Papa ilə görüşdən İMTİNA ETDİ - Makronun planı PUÇ OLDU

Fransa prezidenti Emmanuel Makronun Roma Papası XIV Levin Fransaya dördgünlük səfərinin son günündə - sentyabrın 28-də Mets şəhərində avropalı liderləri bir araya toplamaq təşəbbüsü baş tutmayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrinin verdiyi məlumata görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, eləcə də Avropanın aparıcı siyasətçilərindən Fridrix Merts, Corcia Meloni və Niderlandın baş naziri Rob Yetten Fransa dövlət başçısının təşkil etmək istədiyi bu görüşdə iştirak etməkdən imtina ediblər.

Liderlərin dəvəti geri çevirməsinin konkret səbəbləri barədə məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR