İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayşe Barım üçün  tələb olunan cəza məlum oldu

Menecer Ayşe Barım barədə tələb olunan cəza məlum olub. 

Musavat.com Posta-ya istinadən xəbər verir ki, menecer Ayşe Barım barəsində istintaqın tələb etdiyi cəza açıqlanıb. Ona qarşı “Türkiyə Respublikası hökumətini devirməyə cəhd” maddəsi ilə ittiham irəli sürülüb.

İttiham aktına əsasən, Ayşe Barım üçün ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunur.

Qeyd edək ki, 248 gün həbsdə qalan Ayşe Barım oktyabrda sərbəst buraxılmışdı. Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətini nəzərə alaraq Barımın şərti olaraq azadlığa buraxılmasına qərar vermişdi. 

Könül, Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR