İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İrəvana qarşı TƏLƏBİNİ təzələdi – İlin sonunadək...

Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına açıqlamasında deyib. Onun sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır: "Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur”.

Bakı-İrəvan sülh yolunda; Azərbaycan Respublikası sazişin imzalanması üçün  öz şərtini açıqlayıb - İRNA Azəri

İlin sonunadək referendumun reallaşması nə dərəcədə mümkün görünür? Bəzi skeptik siyasi müşahidəçilər bunu real saymır, bəs digərləri...

Siyasi şərhçi Xəyal Bəşirov Ermənistana son öhdəliyini tez-tez xatırlatmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, erməni müxalifəti bu məsələdə hakimiyyəti ittiham etsə də, bu, bizi az maraqlandırır: "Əsas olan budur ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilsin. Baxmayaraq ki, müxalifət ictimai rəyi çaşdırmağa, əks təbliğat aparmağa çalışır, amma biz tələbimizi davamlı olaraq səsləndirməliyik. Yəni referenduma gedilənə qədər siyasi-diplomatik basqıları artırmaq lazımdır. Çünki ərazi iddiaları qanunvericilik aktlarından çıxarılmasa, sülh müqaviləsi heç vaxt imzalana bilməz. Ermənistan bu sərt reallığı dərk etməlidir. Onlar anlamalıdırlar ki, Azərbaycanın mövqeyi dəyişməzdir və israrlıdır. Çünki bu hüquqi əngəl olmasaydı, elə ötən ilin 8 avqustunda sülh sazişi imzalanardı. Ona görə də, Ermənistan son tapşırığı yerinə yetirməlidir və erməni cəmiyyəti də sülhdən ən böyük faydanın elə onların götürdüyünü anlamalıdır. Bu gün de-fakto sülh var və bunun nəticəsində Ermənistana Azərbaycan üzərindən yüklər daşınır, neft məhsullarımız ixrac olunur, erməni hərbçisi həlak olmur. Bu müsbət irəliləyişi erməni cəmiyyəti dəyərləndirməlidir. Onlar başa düşməlidirlər ki, övladlarının ölməməsi üçün sülh sazişi lazımdır. Bunun üçün Qarabağa olan ərazi iddiasından imtina edilməlidir. Burada çətin bir məsələ yoxdur. Onsuz da Ermənistan ərazi bütövlüyümüzü tanıdığını bildirir, yerdə qalan maneə isə konstitusiyadır".

Konstitusiyaya dəyişiklik, sülh sazişi - Paşinyanın "Real Ermənistan"  ideologiyası - ŞƏRH

Xəyal Bəşirovun fikrincə, bu ilin sonunda referendum keçirilə bilər, amma ehtimal yüksək deyil: "Ermənistan qanunvericiliyinə əsasən, parlament seçkilərindən sonra belə tezliklə növbəti səsvermə mümkün deyil. Paşinyan da açıqlayıb ki, yeni konstitusiya mətni ilin sonunda dərc olunacaq. Deməli, referendum gələn ilə qala bilər. Daha əvvəl də baş nazir bəyan edib ki, referendum 2027-ci ildə keçiriləcək. Bu baxımdan, ilin sonu sülh müqaviləsinin imzalanması gözləntisi var, amma ehtimal azdır. Hər halda, gələn il bu proses sürətlənə bilər".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR