İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan üçün ən həssas məsələlərdən biri – Mirzoyan detalları açıqladı

Ermənistan və Azərbaycan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında qarşılıqlı maraqlıdır.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Sona Kazaryan bildirib ki, Ermənistanın bir sıra KİV-ləri bu xəbəri “Bakının yeni tələbi” kimi təqdim ediblər.

Mirzoyan isə bildirib ki, hər hansı tələbdən söhbət gedə bilməz, çünki bu məsələdə hər iki ölkənin qarşılıqlı marağı var. O xatırladıb ki, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələsi Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə də müzakirə olunub. Mirzoyanın sözlərinə görə, özü də azərbaycanlı həmkarı ilə bu məsələ ətrafında vaxtaşırı fikir mübadiləsi aparır.

Qeyd edək ki, Azərbaycan tərəfinin rəsmi məlumatına əsasən, Ermənistanın hərbi təcavüzü nəticəsində 4010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydə alınıb. Azərbaycan Ermənistanı itkinlərin taleyi, kütləvi və fərdi dəfn yerləri barədə məlumatları təqdim etməyə, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR