Onlayn ictimai-siyasi qəzet
Bakıda yolu keçən ana və uşaqlar sahibsiz itlərin hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, hadisə anını əks etdirən görüntülər yayılıb.
Videodan görünür ki, ana və uşaqları magistral yolu keçərkən bir neçə sahibsiz it onlara hücum edib. Təhlükəni görən digər vətəndaşlar avtomobillərini saxlayaraq ailənin köməyinə gəliblər.
Onlar itlərin qarşısını kəsərək ana və uşaqların təhlükəsiz şəkildə ərazidən uzaqlaşmasına şərait yaradıblar.
Hadisə zamanı ana və uşaqların xəsarət alıb-almadığı barədə məlumat yoxdur.
Şahanə Rəhimli
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ