Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün öncə Bakı Neyrocərrahiyyə Mərkəzində ağır beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı jurnalist Sevda Həsənova xəstəxanadan evə buraxılıb.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından Musavat.com-a bildirilib ki, 1970-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, 17.02.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıb:
“Qeyd edək ki, 1970-ci il təvəllüdlü şəxs (qadın) 02.02.2026-cı il tarixində 12:10 radələrində Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.
Zəruri instrumental-diaqnostik müayinələrdən sonra 06.02.2026-cı il tarixdə pasiyent üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra olunub.
Baş-beyin neyrocərrahiyyəsi şöbəsində müalicəsi davam etdirilib”.
Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışıb. O, ötən illər ərzində telekanalda bir sıra vəzifələrdə fəaliyyət göstərib.
Şahanə Rəhimli
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ