Onlayn ictimai-siyasi qəzet
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşması başa çatıb.
Musavat.com xəbər verir ki, dramatik keçən oyunda Norveç millisi 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.
Skandinaviya təmsilçisinin heyətində Erlinq Haaland 79 və 90-cı dəqiqələrdə fərqlənərək komandasının qələbəsində əsas pay sahibi olub. Braziliya millisinin yeganə qolunu isə 90+10-cu dəqiqədə Neymar penalti zərbəsindən vurub.
Matç ərzində Norveç intizamlı müdafiəsi və sürətli əks-hücumları ilə diqqət çəkib. Braziliya son dəqiqələrdə təzyiqi artırsa da, hesabı bərabərləşdirə bilməyib.
Beləliklə, Norveç DÇ-2026-nın 1/4 final mərhələsinə vəsiqə qazanan tərəf olub.
***
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşmasında daha bir qol vurulub.
Musavat.com xəbər verir ki, oyunun 90+10-cu dəqiqəsində Neymar penalti zərbəsini dəqiq yerinə yetirərək Braziliya millisinin ilk qolunu vurub.
Təcrübəli futbolçu topu qapıçının əks küncünə göndərərək hesab arasındakı fərqi minimuma endirib.
Hazırda Norveç Braziliya qarşısında 2:1 hesabı ilə öndədir.
***
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşmasında növbəti qol vurulub.
Musavat.com xəbər verir ki, oyunun 90-cı dəqiqəsində Erlinq Haaland bir daha fərqlənərək Norveç millisinin üstünlüyünü artırıb.
Hücumçu sürətli əks-hücum zamanı dəqiq zərbə ilə topu qapıdan keçirib və matçdakı dubla imza atıb.
Beləliklə, Norveç Braziliya qarşısında hesabı 2:0-a çatdırıb.
***
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşmasında hesab açılıb.
Musavat.com xəbər verir ki, oyunun 79-cu dəqiqəsində Erlinq Haaland fərqlənərək Norveç millisinin hesabda önə keçməsini təmin edib.
Hücumçu cərimə meydançasında yaranan fürsəti dəqiq dəyərləndirərək topu qapıdan keçirib və komandasını vacib üstünlüyə daşıyıb.
Hazırda Norveç Braziliya qarşısında 1:0 hesabı ilə öndədir.
***
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşmasında ikinci hissəyə start verilib.
Musavat.com xəbər verir ki, komandalar fasilədən sonra meydançaya qolsuz bərabərliklə qayıdıblar.
İlk hissədə tərəflər bir neçə təhlükəli epizod yaratsa da, hesab açılmayıb.
Hazırda matçda hesab 0:0-dır.
***
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşmasının ilk hissəsi başa çatıb.
Musavat.com xəbər verir ki, ilk 45 dəqiqədə tərəflər hesabı aça bilməyib.
Statistik göstəricilərə görə, Norveç topa daha çox sahib olub – 65 faiz. Braziliya isə 7 zərbə endirib, bunlardan 2-si qapıya dəqiq olub.
Norveç millisinin aktivində 4 zərbə və 2 dəqiq zərbə yer alıb. Skandinaviya təmsilçisi həmçinin 3 künc zərbəsi qazanıb.
İlk hissə 0:0 hesabı ilə yekunlaşıb.
00:58***
DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində Braziliya və Norveç milliləri üz-üzə gəlir.
Musavat.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Hər iki komanda 1/4 final mərhələsinə yüksəlmək üçün vacib oyunda qələbə qazanmağa çalışacaq. Azarkeşlər xüsusilə Braziliya millisinin hücum xəttindən maraqlı futbol gözləyirlər.
Matçın gedişi və qollar barədə əlavə məlumat veriləcək.
Musavat.com
06 Iyul 2026
05 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ