İnsanlara hürriyət, millətlərə istiqlal!

Fantastik qarət: zərgərlik xəzinəsi oğurlandı

Fransada məşhur zərgərlik muzeyinə edilən milyonluq oğurluq böyük səs-küyə səbəb olub.

Musavat.com xəbər verir ki, Le Parisien nəşrinin məlumatına görə, Fransadakı Lalik Zərgərlik Muzeyindən təxminən 20 ədəd qiymətli zinət əşyası oğurlanıb.

İlkin qiymətləndirməyə əsasən, oğurlanan eksponatların ümumi dəyəri hələ dəqiqləşdirilsə də, ziyanın bir neçə milyon avroya, təxminən 4 milyon avroya çatdığı bildirilir.

Muzeydə təhlükəsizlik siqnalı işə düşsə də, oğruları hadisə yerində saxlamaq mümkün olmayıb. Hazırda hadisə ilə bağlı istintaq aparılır, oğurlanan qiymətli eksponatların tapılması istiqamətində axtarışlar davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR