İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli iş adamı: “Ermənistanla sərhədin bağlı qalması məntiqsizdir”

Türkiyəli iş adamı Bəhri Murat Onay Ermənistanla sərhədin açılmasının vacibliyini vurğulayaraq iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Onay İstanbulda keçirilən erməni-türk media turu çərçivəsində Ermenihaber.am-a müsahibəsində danışıb.

Oktyabrın 12-də başlayan media turu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və sərhədyanı əlaqələrin gücləndirilməsi layihəsi çərçivəsində təşkil olunub. Layihədə iştirak edən erməni və türk jurnalistlər İstanbulun Ümraniyə rayonundakı Dudullu sənaye zonasına baş çəkərək burada fəaliyyət göstərən müəssisələrlə tanış olub və idarə heyətinin sədri Bəhri Murat Onayla görüşüblər.

Onay bildirib ki, sərhədlər açılacağı təqdirdə iki ölkənin sənaye müəssisələri arasında səmərəli əməkdaşlıq qurula bilər. Bunun üçün əvvəlcə tərəflərin iqtisadi potensialı, güclü və zəif cəhətləri öyrənilməlidir.

“Bizim bu məsələdə heç bir məhdudiyyətimiz yoxdur. Ermənistan qonşumuzdur və sərhədlərin açılması əməkdaşlıq üçün böyük fürsət yarada bilər. Xalqlar arasında problem yoxdur, sənayeçilər arasında da yoxdur. Hökumətlər bu sərhədi açmalıdırlar. Ermənistanla Türkiyə arasında sərhədin bağlı qalması məntiqsizdir və onun açılması zərurətdir”, – deyə türkiyəli iş adamı vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR