Aparat rəhbəri etiraf edib ki, Mandelsonun bu vəzifəyə namizədliyini məhz özü baş nazir Kir Starmerə tövsiyə edib və həmin tövsiyəyə görə bütün məsuliyyəti üzərinə götürür.
Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Kir Starmerin aparat rəhbəri Morqan Maksuini istefa verib.
Musavat.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, aparat rəhbəri pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ətrafında yaranmış qalmaqalla əlaqədar vəzifəsindən istefa verib.
O bildirib ki, vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra hökumətdən ayrılmaq qərarı verib. Maksuininin sözlərinə görə, Piter Mandelsonun səfir təyin olunması səhv addım olub və bu qərar həm Leyboristlər Partiyasına, həm də ölkəyə zərər vuraraq siyasətçilərə olan etimadı sarsıdıb.
Aparat rəhbəri etiraf edib ki, Mandelsonun bu vəzifəyə namizədliyini məhz özü baş nazir Kir Starmerə tövsiyə edib və həmin tövsiyəyə görə bütün məsuliyyəti üzərinə götürür.
Qeyd edək ki, Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri və Avropa Komissiyasının keçmiş ticarət komissarı Piter Mandelson məşhur amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri səbəbindən hakim Leyboristlər Partiyasının sıralarından ayrılıb.
Mandelson ötən il bu əlaqələrə görə ABŞ-dəki səfir vəzifəsindən azad edilib. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə görə, onun 2000-ci illərin əvvəllərində Epşteyndən bir neçə ödəniş aldığı iddia edilir. Bank qeydləri göstərir ki, Epşteyn 2003-2004-cü illər arasında üç əməliyyatda Mandelsonla əlaqəli hesablara ümumilikdə 75000 dollar köçürüb.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ