Onlayn ictimai-siyasi qəzet
Astroloqların proqnozuna görə, yaxın həftələrdə bəzi bürclər maliyyə baxımından daha uğurlu dövrə qədəm qoya bilər.
Musavat.com xəbər verir ki, gözlənilməz gəlirlər, yeni qazanc imkanları və uğurlu qərarlar bu bürclərin büdcəsinə müsbət təsir göstərə bilər.
Buğa
Buğalar üçün maliyyə sahəsində əlverişli dövr başlayır. Uzun müddətdir göstərdikləri səylərin nəticəsini almaq ehtimalları yüksəkdir. Əlavə gəlir mənbələri və yeni iş təklifləri gündəmə gələ bilər.
Şir
Şirlər yaxın günlərdə karyera və biznes sahəsində uğurlu addımlar ata bilərlər. Maliyyə vəziyyətində yaxşılaşma, bonus və ya gözlənilməz qazanc əldə etmək ehtimalı artır.
Tərəzi
Tərəzilər üçün yeni əməkdaşlıqlar və gəlirli layihələr ön plana çıxır. Astroloqlar hesab edirlər ki, düzgün qərarlar verildiyi təqdirdə bu bürcün nümayəndələri maddi baxımdan əhəmiyyətli irəliləyiş əldə edə bilərlər.
Oğlaq
Oğlaqların zəhməti nəhayət öz bəhrəsini verməyə başlayır. Maliyyə planlarının uğur qazanması və uzunmüddətli qazanc imkanlarının yaranması gözlənilir. Xüsusilə iş həyatında müsbət dəyişikliklər mümkündür.
Əqrəb
Əqrəblər üçün gözlənilməz maliyyə fürsətləri yarana bilər. İnvestisiya, biznes və ya əlavə gəlir gətirən layihələr bu bürcün nümayəndələrinin diqqət mərkəzində olacaq.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ