Onlayn ictimai-siyasi qəzet
“Azərbaycana səfər etdiyimə görə çox şadam”.
Musavat.com bildirir ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərindən sonra hava limanında jurnalistlərə açıqlamasında belə deyib.
O, İlham Əliyevlə bir sıra mühüm məsələləri müzakirə etdiyini qeyd edib.
Vens vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın rəhbərliyi sayəsində Cənubi Qafqazda sülh və ticarət inkişafı müharibəni əvəz edəcək.
ABŞ-nin vitse-prezidenti Azərbaycana səfərini əla adlandırıb və buna görə Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycan Prezidentini nüfuzlu dünya lideri adlandıran Vens vurğulayıb ki, dövlət başçısı ilə regional və qlobal məsələləri, o cümlədən terrorizmlə mübarizəni müzakirə ediblər. “Beləliklə, bu, əla səfər idi”-Vens deyib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ