İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.

Musavat.com xəbər verir ki, üçüncü Qədr gecəsi ramazan ayının 22-dən 23-nə, yəni martın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-da Ramazan (Fitr) bayramı olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR