İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ naminə 34 il bağlı qalan qapı - Qardaş ölkənin ilk səfiri İrəvanda

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Pakistanın ölkədəki ilk səfiri Şəfqət Əli Xanı qəbul edib.

Musavat.com xəbər verir ki, diplomat Ermənistan prezidentinə etimadnaməsini təqdim edib. Bu, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra Pakistanın Ermənistana təyin etdiyi ilk səfirdir.

Pakistan Ermənistanın 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra uzun illər onu rəsmi olaraq tanımayıb və diplomatik münasibətlər qurmayıb. Bunun əsas səbəblərindən biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və həmin əraziləri 30 ilə yaxın işğal altında saxlaması olub. Pakistan bu müddətdə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək nümayiş etdirib.

Bu vəziyyət 2025-ci ildə dəyişib. 31 avqust 2025-ci ildə Pakistanın xarici işlər naziri İshaq Dar və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çinin Tiencin şəhərində diplomatik münasibətlərin qurulması haqqında Birgə Kommünike imzalayıblar.

Sənəddə tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, bərabərlik və dinc yanaşı yaşamaq prinsiplərinə sadiqliklərini bildiriblər. Bununla da Pakistan və Ermənistan arasında 34 ildən sonra rəsmi diplomatik münasibətlər qurulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR