Onlayn ictimai-siyasi qəzet
Avstraliya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri də daxil olmaqla 20 İran vətəndaşına sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Penni Vonq açıqlayıb:
“Avstraliya hökuməti 20 İran vətəndaşına və üç quruma qarşı əlavə sanksiyalar tətbiq edir. Yeni qərara İran xalqına qarşı zülmdə, daxili etirazların qəddarcasına yatırılmasında və həm İran daxilində, həm də xaricində həyatlara təhdid törədilməsində iştirak edən İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli üzvləri daxildir”.
Nazir xatırladıb ki, Avstraliya hakimiyyəti 2025-cu ilin noyabrında SEPAH-ı terrorizmin dövlət sponsoru kimi tanıyıb. Onun sözlərinə görə, Avstraliya 300-dən çox İran vətəndaşına və qurumuna sanksiyalar tətbiq edib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ