İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir” - Suğra Bağırzadə

Əməkdar artist Suğra Bağırzadə yaşını gizlətməməsinin səbəbini açıqlayıb.

78 yaşlı sənətçi bu barədə "Günə uğurla" verilişində danışıb:

"İnsan hayatda bir şeyə nail olmaq üçün əziyyət çəkir. Hamı deyir ki, niyə yaşını gizlətmirsən? Cavab verirəm ki, mən bu yaşa, hörmətə çatana kimi o qədər əziyyət çəkmişəm. Bu, göydən düşmür, bunu qazanmaq lazımdır. Ona görə də yaşı gizlətmək gülməli gəlir".

Qeyd edək ki, Suğra Bağırzadə "Ulduz, "Alma almaya bənzər", "Şir evdən getdi" kimi məşhur filmlərdə rol alıb.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR