Onlayn ictimai-siyasi qəzet
Müğənni Nigar Camal sosial şəbəkələrdə təhqiramiz şərhlər yazan, qarğış yağdıran və başqalarına böhtan atan insanlara səslənib.
Musavat.com xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, bu cür davranışların insanın mənəvi dünyasını əks etdirdiyini vurğulayıb:
“Mənə bir şey maraqlıdır: sosial şəbəkədə bu qədər çirkin şərhlər yazan, ağzına gələni danışan, qarğış yağdıran, şər-böhtan atan insanlar, siz doğrudan da özünüzü yaxşı insan hesab edirsiniz? Elə bilirsiniz, Allah sizi içinizdəki bu qədər kinə, paxıllığa, nifrətə və ağzınızdan tökülən zəhərə görə sevəcək, üstəlik, bir də mükafatlandıracaq?
Kaş ki, içinizdəki bütün bu kini, paxıllığı və nifrəti sevgiyə, mərhəmətə və ehtiyacı olan insanlara kömək etmək istəyinə çevirəydiniz. Bəlkə onda bu dünyaya bir az da olsa xeyriniz dəyərdi”.
Könül
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ