Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur komediya ustası və aktyoru Cem Yılmaz Çanaqqalanın Ayvacık rayonundakı evində qəfil səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, Ayvacık rayonundakı evində sinə ağrısı hiss edən 53 yaşlı Cem Yılmaz 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onu Ayvacık Dövlət Xəstəxanasına aparıb.
Burada ilkin tibbi müdaxilədən sonra Cem Yılmaz daha ətraflı müayinə və müalicə üçün Çanaqqala 18 Mart Universitetinin xəstəxanasına köçürülüb. O, xəstəxananın Koronar Reanimasiya Şöbəsinə yerləşdirilib və kardioloq Prof. Dr. Ercan Akşit tərəfindən angioqrafiya proseduruna alınıb.
Türkiyənin səhiyyə naziri Kemal Məmişoğlu da Cem Yılmazın son vəziyyəti ilə bağlı açıqlama verib.
“Dəyərli sənətçimiz Cem Yılmazın keçirdiyi narahatlıqla əlaqədar zəruri tibbi müdaxilələr uğurla həyata keçirilib. Ümumi vəziyyəti yaxşıdır, müalicəsi və nəzarəti koronar reanimasiyada davam edir. Ona keçmiş olsun diləklərimi çatdırır, ən qısa zamanda sağlamlığına qovuşmasını arzulayıram”, – deyə nazir bildirib.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ